Milan "İnter"i rəsmi saytı vasitəsi ilə Niderland millisinin müdafiəçisi Stefan de Vrey ilə müqavilə yenilədiyini bəyan edib.
Fanat.Az xəbər verir ki, 31 yaşlı arxa xətt oyunçusu müddəti 2025-ci ilə qədər olan müqaviləyə qol çəkib.
De Vrey "İnter"ə 2018-ci ildə, azad agent qismində qoşulub. O vaxtdan bəri Milan klubunun forması ilə 204 matça çıxan Stefan 9 qol vurmağa imkan tapıb. O, geridə qalan mövsümdə 36 oyun keçirərək 2 dəfə rəqib qapılarına yol tapıb.
Nihat