Yeni mövsümün hazırlıqlarını davam etdirən "Turan Tovuz" yoxlama oyunu keçirəcək.
Tovuz təmsilçisinin sözçüsü Süleyman Tağıyevin Fanat.Az-a verdiyi məlumata görə, Ayxan Abbasovun yetirmələri iyulun 12-də "Araz Naxçıvan"la üz-üzə gələcək.
Bakı Olimpiya Stadionunda baş tutacaq görüş 19:00-da reallaşacaq.
Ertəsi Türkiyəyə yollanacaq tovuzlular təlim-məşq toplanışını Qızılcahamamda sürdürəcəklər. "Cam" otelində məskunlaşacaq kollektiv qardaş ölkədə 3 sınaq matçına çıxacaq. Türkiyədəki rəqiblərin kimliyi indilik bəlli deyil. "Boz qurdlar" Azərbaycana iyulun 28-də qayıdacaq.
Nihat