"Atletiko Madrid"in hücumçusu Alvaro Morata ilə Səudiyyə Ərəbistanı klublarından birinin maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
"Əl-Hilal" futbolçunu heyətinə qatmağa çalışır. Ərəblər Morataya ildə 50 milyon avro təklif edib. Lakin 30 yaşlı futbolçunun prioriteti Avropadır. Onunla "Roma", "Yuventus", "Milan" maraqlanır. Sonuncular Alvaroya illik 5 milyon avro maaşla 4 illik müqavilə təklif edib.
Morata ötən mövsüm paytaxt klubunda 45 oyuna çıxaraq 15 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "Atletiko" ilə müqaviləsi 2024-cü ilə qədərdir.
Forvardın bazar dəyəri 20 milyon avrodur.
Mirağa