Avstriyada təlim-məşq toplanışında olan “Sabah”ın heyətində gənc futbolçu var.
Fanat.Az xəbər verir ki, söhbət bakılıların öz yetirməsi Əhməd Tarverdiyevdən gedir.
Əsas komandanın baş məşqçisi Murad Musayev 12 yaşından "Sabah"da olan, futbolun sirrlərinə klubun akademiyasında yiyələnən Əhmədi də Avstriya toplanışına aparılıb.
Dünən o, hətta Qətərin “Əl-Sədd” komandası ilə yoxlama oyununda (3:1) sonradan meydana daxil olub.
2007-ci il təvəllüdlü futbolçu son mövsümdə klubun U-19 komandasında çıxış edib.
Sağ cinah yarımmüdafiəçisi olan Tarverdiyev Azərbaycanın U-17 millisinin də üzvüdür.
Mirağa