Portuqaliyalı futbolçu Joau Feliks "Çelsi"də altı aylıq icarə müddətindən sonra "Atletiko Madrid"ə qayıdıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, hücumçu ilk məşqdə məyus olub.
Mənbənin məlumatına görə, Dieqo Simeone Joaunu ikitərəfli oyuna buraxmayıb.
Argentinalı komandanı "10-un 10-a" oynadıb. Halbuki, Felikslə Lodi də onun sərəncamında olub. Ancaq Simeone onlara gənc futbolçularla birlikdə ayrıca tapşırıq verib.
Mənbə bunu portuqaliyalıya açıq siqnal kimi dəyərləndirib və Simeonenin Feliksə onunla hesablaşmadığını göstərdiyini vurğulayıb. Klubun köməyi ilə futbolçu karyerasını davam etdirmək üçün başqa variant tapmağa çalışacaq.
Mirağa