“Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, uzun müddətdir futbol oynamayan yarımmüdafiəçi Budaq Nəsirovu heyətinə qatıb.
26 yaşlı futbolçu ilə 3 illik rəsmi müqavilə bağlanıb.
Tovuz futbolunun yetirməsi olan yarımmüdafiəçi "Turan", "Sumqayıt", "Araz Naxçıvan", "Kəpəz", "Sportinq B"-də (Portuqaliya) çıxış edib.
O, aşağı yaş qrupları üzrə milli komandalarımızla yanaşı, əsas yığmamızın da formasını geyinib.