"Barselona" növbəti mövsüm üçün kapitan seçimimi müəyyənləşdirib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sarğı komandanın ən təcrübəli oyunçusuna verilib.
Belə ki, klub Serxi Robertonun komandanın yeni kapitanı olduğunu açıqlayıb. 31 yaşlı yarımmüdafiəçi hazırkı komandanın ən uzun müddət çıxış edən futbolçusudur.
Serxi Roberto "Barselona"nın yetirməsidir və 2013-cü ilin yayında əsas komandaya yüksəlib. O, Kataloniya klubunda 349 matçda 16 qol vurub və 40 məhsuldar ötürmə edib.
Mark-Andre ter Stegen və Ousmane Dembele də kapitan olmağa iddialı idilər.
Mirağa