Ötən həftə "Sabah"da gözlənilməz ayrılıq reallaşdı. Komandanın əsas heyət üzvlərindən olan Bəxtiyar Həsənalızadə ilə başa çatan müqavilə yenilənmədi.
Yığma üzvü karyerasını harda davam etdirəcəyi ilə bağlı Fanat.Az-a açıqlama verib:
"Sabah"la müqaviləmin müddəti başa çatdı və ayrıldıq. Klubun mənimlə yeni müqavilə bağlamaq istəməməsini normal qarşıladım. Yəni heç bir incikliyim qalmadı. "Sabah"da uğurlu mövsüm keçirdim.
İrəli baxmalıyam, həyat davam edir. Özümə yeni klub tapmalıyam. Açığı, bir-iki təklifim var, amma hələ qərar verməmişəm. Paytaxt və ya bölgə təmsilçisində oynamağımın fərqi yoxdur. Əsas odur ki, şərtlər qane etsin. Yaxın günlərdə məsələyə nöqtə qoymalıyam. Çünki vaxt yoxdu, klublar təlim məşq toplanışına başlayıblar. Yeni komandamın hazırlığına vaxtında qoşulmalıyam ki, heyətdə özümə yer edə bilim".
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə 2021-ci ilin yanvar ayından "Sabah"ın üzvü idi. O, paytaxt təmsilçisində çıxış etdiyi müddətdə 58 oyuna çıxıb 3 qola imza atmışdı.
Mirağa