“Səbail” klubu daha bir legionerlə güclənib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisinin növbəti transferi Fransanın “Sedan” klubunda oynamış Alexandre Ramalinqom olub.
Madaqaskarlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. 30 yaşlı futbolçunun artıq “Səbail”in düşərgəsində olduğunu baş məşqçi Şahin Diniyev saytımıza açıqlamasında təsdiqləyib.
Ramalinqom Madaqaskar millisinin üzvüdür. “Ayaçço”, “Virton” kimi komandalarda oynamış hücumçunun son klubu 2020-ci ildən forması geyindiyi “Sedan” olub.
Mirağa