Ukraynanın "Şaxtyor" klubundan ayrılan israilli yarımmüdafiəçi Manor Solomon karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Fabritsio Romano sosial şəbəkə hesabında yayıb.
Mənbənin məlumatına görə, London "Tottenhem"i Solomonun yeni işi olub.
23 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən uğurla keçərək müqavilə bağlayıb. London klubu günün sonuna qədər keçidi rəsmən elan edəcək.
Solomon ötən mövsüm icarə əsasında "Fulhem"də çıxış edib. Yarımmüdafiəçi İngiltərə çempionatında 19 matçda iştirak edib və 4 qol vurub.
Mirağa