Mərkəz hücumçusu axtaran "Bayern Münhen" yeni namizəd müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, “Tottenhem”dən Harri Keyni transfer etmək istəyi baş tutmayacağı halda, münhenlilər "B planı"na keçə bilər.
"SportBild"-in məlumatına görə, Bundesliqa klubu “Mançester Siti”nin futbolçusu Xulian Alvaresi alternativ variant kimi seçilib.
Almaniya nəhəngi 23 yaşlı forvardı 2023/2024 mövsümü üçün icarəyə götürməyi planlaşdırır. Bu, argentinalı üçün də maraqlı variantdır, çünki o, hazırda İngiltərədə Erlinq Holandın kölgəsində qalıb.
Qeyd edək ki, Xulian Alvares ötən ilin sonunda Argentina millisinin heyətində dünya çempionu olub.
Mirağa