Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün Boluda ilk yoxlama oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi qardaş ölkədəki hazırlığın ikinci günündə Moldova təmsilçisi “Sukleya” ilə görüşəcək.
Qarşılaşma “qırmızı-qaralar”ın məskunlaşdığı “Termal otel”in məşq bazasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Xatırladaq ki, “Qəbələ” Boluda üç yoxlama matçı keçirəcək.
Yoxlama oyunu
12 iyul
17:00. “Qəbələ” - "Sukleya" (Moldova)
Bolu. “Termal otel”in məşq bazası