"Napoli" klubunun prezidenti Aurelio De Laurentis komandanın hücumçusu Viktor Osimhenin bu yay komandanı tərk etməyəcəyini bildirib.
Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" klub funksionerinin dediklərini belə çatdırıb.
“Ümid edirəm ki, Osimhen gələn mövsüm də bizim formanı geyinəcək. Amma getsə belə, onun yerini çox güclü oyunçu tutacaq. Düşünürəm ki, Viktor daha bir il bizdə qalacaq. Onu ala biləcək yeganə klub PSJ-dir. Onlar 200 milyon ödəməyə hazırdırlarsa, gözləyək və nə olacağını görək”.
Qeyd edək ki, Osimhen ötən mövsüm "Napoli"nin heyətində A Seriyasında 32 oyun keçirib və 26 qol vurub.
Mirağa