“Borussiya Münhenqladbax" klubu yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Brest” klubunun vingeri Frankt Honoratı heyətinə cəlb edib.
Münhenqladbaxlılar bu transfer üçün Liqa1 təmsilçisinə 8 milyon avro təzminat ödəyib. 26 yaşlı futbolçu ilə müqavilənin müddəti 5 illikdir.
“Nitsa”nın yetirməsi olan Honorat Fransanın “Soşo”, “Klermon”, “Sent Etyen” klublarının da formasını geyinib. 2020-ci ildən “Brest”də çıxış edən futbolçu bu komandada 109 oyuna çıxaraq 25 qol vurub.
Mirağa