Türkiyə “Konyaspor”u heyətdə dəyişiklik edib.
Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçi iki futbolçu ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Söhbət yarımmüdafiəçisi Endri Çekiçi və qapıçı Erhan Egentürkdən gedir. Tərəflər yeni müqavilə bağlamamağa qərar veriblər.
Albaniya milli komandasının üzvü olan Çekici 2021-ci ilin yayından formasını geyindiyi Konya klubunda 62 oyuna 8 qol vurub. Albaniya yığmasında 11 oyuna çıxan yarımmüdafiəçi 1 qola imza atıb.
Egentürkə gəlincə, “Karşıyaka”, “Altınordu” və “Bursaspor”da da oynamış 28 yaşlı qolkiper Konya təmsilçisində cəmi 7 matçda əlcək taxıb.
Mirağa