Final mərhələsi 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatı iki ölkədə təşkil oluna bilər.
Fanat.Az saytı xəbər verir ki, informasiyanı "La Repubblica" yayıb.
Xəbərə görə, Türkiyə və İtaliya turnirə ev sahibliyinə namizəddir. Bildirilir ki, bu iki ölkədən başqa, namizədlik üçün UEFA-ya müraciət edən yoxdur.
Müsbət qərar qəbul olunacağı təqdirdə, ölkələrin hər biri AÇ-2032-nin oyunlarının keçirilməsi üçün 6 arenanın adını göstərməlidir. Açılış matçının İstanbulda, finalın isə Romada keçiriləcəyi ehtimal edilir.
Turnirin həlledici oyununun Romadakı “Stadio Olimpiko”da keçirilməsi variantı Çempionlar Liqasının 2022/2023 mövsümünün finalının - “Mançester Siti” – “İnter” matçının Atatürk Olimpiya Stadionunda zəif təşkil olunması ilə bağlıdır.
Mirağa