UEFA-nın 2023/2024 mövsümü üçün əmsallar cədvəli yenilənib.
Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra reytinq sıralamasında dəyişiklik olub.
Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən və dünən startda Cəbəllütariq "Linkoln"una 2:1 hesabı ilə qalib gələn "Qarabağ" Azərbaycanın hesabına növbəti xalları yazdırıb.
Bu nəticə ölkənin aktivinə 0,250 əmsal gətirib.
Beləliklə, Azərbaycan son 5 mövsümdəki əmsalları 14,500-ə çatıb. Buna baxmayaraq, ölkəmiz əvvəlki kimi, 29-cu pillədə qalıb.
28-ci sırada 14,625 xalla Slovakiya qərarlaşıb. 30-cu sırada yer alan Moldovanın isə 11,125 xalı var.
Reytinq sıralamasına 88.928 əmsalla İngiltərə başçılıq edir.
Mirağa