PSJ klubunun yeni baş məşqçisi Luis Enrike qapıçı mövqeyini gücləndirmək niyyətindədir.
Fanat.Az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, Canluici Donnarummanı əsas qapıçı olaraq görən ispan çalışdırıcı onun əvəzedicisi Keylor Navası göndərmək istəyir.
Enrike yeni çərçivə qoruyucusunun alınmasını prioritet transfer hədəfləri siyahısına daxil edib. Liqi 1-in lideri artıq bu problemin həlli üzərində işləyir.
Mənbənin məlumatına görə, "Tottenhem"in qapıçısı Uqo Lyoris PSJ-nin sıralarına qoşula bilər. Parislilər fransız qapıçı ilə yaxında konkret danışıqlara başlayacaq.
Mirağa