Bu yay Albaniyanın “Eqnatiya” klubuna keçən Azərbaycan yığmasının üzvü Vüsal İsgəndərli çıxış etdiyi ilə komanda ilə birlikdə Ermənistanın paytaxtı İrəvana yollanıb.
Fanat.Az xəbər verir ki, bu barədə forvard özü "Instagram" hesabında paylaşım edib.
Futbolçumuzun komandası Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Ararat”la üz-üzə gələcək.
Oyun 13 iyulda keçiriləcək.
Qeyd edək ki, son klubu "Sumqayıt" olan Vüsal İsgəndərli “Eqnatiya” ilə 3 illik müqavilə bağlayıb.