Fransanın “Havr” klubu rusiyalı yarımmüdafiəçi Daler Kuzyayevi heyətinə cəlb edib.
Fanat.Az xəbər verir ki, klub 30 yaşlı yarımmüdafiəçinin keçidini rəsmi saytı vasitəsilə elan edib.
Kuzyayevlə iki illik müqavilə imzalanıb. O, azad agent kimi Fransa klubuna keçib. Kuzyayevin son klubu "Zenit" olub.
O, ötən mövsüm Sankt-Peterburq heyətində 35 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə verib. Ümumiyyətlə, rus futbolçu "Zenit"lə 5 dəfə ölkə çempionu olub.
"Transfermarkt" Kuzyayevin dəyərini 10 milyon avro qiymətləndirir.
Qeyd edək ki, 2022/23 mövsümündə "Havr" Liqa 2-də birinci yeri tutaraq Liqa 1-ə yüksəlib.
Mirağa