A seriyası klubları "Portu"nun yarımmüdafiəçisi Otavionu transfer etməkdə maraqlıdır.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçunun agenti İsrael Oliveyra "Football Today"a danışıb.
“Deyə bilərəm ki, İtaliyada ona böyük maraq və tələbat var. Bəli, “İnter” onu almaq istəyən klublar arasındadır. Düşünürəm ki, “Yuventus” da Otavio uğrunda mübarizəyə qoşulacaq. Açıq şəkildə bildirirəm, oyunçum satılmır. Sadəcə, onun sərbəst qalması üçün böyük məbləğdə ödəniş olmalıdır. Yoxsa o, "Portu"da qalacaq”.
Otavio ötən mövsüm bütün turnirlərdə 44 oyuna çıxıb, 7 qol vurub, 13 məhsuldar ötürmə edib.
Mirağa