"Napoli" "Verona"nın müdafiəçisi Davide Faraoni ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "TuttoMercato" yayıb.
Neapollular artıq qarşı tərəfə transfer təklifi hazırlayır. "Verona" 31 yaşlı futbolçu üçün 3 milyon avro almaq istəyir. Xəbərə görə, razılaşma yaxın günlərdə rəsmiləşdirilməlidir.
Öz növbəsində Davide İtaliya çempionu ilə 3 illik şəxsi müqavilənin bütün detallarında razılığa gəlib. Faraoninin Neapoldakı maaşı 1 milyon avro olacaq.
Təcrübəli müdafiəçi ötən mövsüm A Seriyasında 25 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa