Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu daha bir ulduz futbolçunun transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, sözügedən klub "Latsio"nun serb yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçin keçidini rəsmən açıqlayıb.
28 yaşlı futbolçu ilə müqavilənin müddəti 3 illikdir. Bu transfer üçün ərəblər İtaliya təmsilçisinə 40 milyon avro təzminat ödəyib. Serbiyalı oyunçunun maaşı da bəllidir. O, "Əl-Hilal"da ilinə 20 milyon avro qazanacaq.
Milinko-Saviç 2015-ci ildən "Latsio"da çıxış edirdi. O, Roma klubunda keçirdiyi 8 mövsüm ərzində 341 oyun keçirərək 69 qol vurub və 59 məhsuldar ötürmə verib, həmçinin komandaya İtaliya kubokunu və iki superkubokunu qazanmağa kömək edib.
Qeyd edək ki, “Əl-Hilal” serb yarımmüdafiəçidən əvvəl Ruben Navas və Kalidu Kulibali kimi oyunçuların transferini reallaşdırıb.
Mirağa