PSJ növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Paris nəhəngi yarımmüdafiəçi Şer Ndurun keçidini rəsmiləşdirib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
18 yaşlı Ndur PSJ-yə azad agent kimi keçib. O, yeni komandasında 27 nömrəli forma geyinəcək. İtaliyalı oyunçu ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
İtaliya U-20 yığmasının üzvü olan Şer Ndur ötən mövsüm "Benfika"nın ikinci komandasında 57 matça çıxıb, 5 qol vurub.
Mirağa