Ötən mövsüm vurduğu qollarla "Turan Tovuz"un Azərbaycan Premyer Liqasında qalmasında əsas pay sahibi olan Runi Eva karyerasını Bolqarıstanda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, qərb təmsilçisi ilə müqaviləsi başa çatan kamerunlu hücumçu "ÇSKA 1948"ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı hücumçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Runi Eva ötən mövsüm Premyer Liqada 16 qol vurub.