Yeni mövsümə hazırlığını davam etdirən "Turan Tovuz" Türkiyəyə yollanıb.
Fanat.Az xəbər verir ki, qərb təmsilçisi iyulun 28-nə qədər Ankaranın Qızılcahamam bölgəsində hazırlıq keçəcək.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv burada üç yoxlama görüşü keçirəcək.