Yeni mövsümə hazırlıqlarını hələki ölkədə davam etdirən iki premyer liqa təmsilçisi bu gün yoxlama oyununda üz-üzə gələcəklər.
Fanat.Az xəbər verir ki, "Zirə" və "Kəpəz" Zirə İdman Kompleksində görüşəcəklər.
Oyun saat 19:00-da başlayacaq.
Qeyd edək ki, bu, "Zirə"nin yay fasiləsində ilk yoxlama oyunu olacaq. "Kəpəz" isə bundan əvvəl "Səbail"lə qüvəsini sınayıb və 1:2 hesabı ilə uduzub.