Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz"un daha bir sınaqçı rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qərb təmsilçisi Tanzaniyanın "Simba" klubu ilə gücünü sınayacaq.
Oyunun 25 iyulda keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Tuan Tovuz"un iyulun 17-də “Adana Dəmirspor”la, iyulun 22-də isə “Eyubspor”la qüvvəsini sınayacaq. Ayxan Abbasovun baş məşqçi olduğu komanda Ankaranın Qızılcahamam bölgəsində iyulun 28-nə qədər keçiriləcək hazırlıq çərçivəsində ümumilikdə 4 yoxlama oyunu planlaşdırır.