"Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya ilə hücumçu Viktor Osimhen komandanın mövsümöncəsi toplanışına getməyəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı “Football Italia” yayıb.
Mənbənin məlumatına görə, çempion komandanın ulduzları heyətə daxil edilməyiblər və 2022/23 mövsümünü milli komandalarda oynayan komanda yoldaşlarının əksəriyyətindən gec başa vurduqları üçün bir neçə əlavə gün alacaqlar.
"Napoli" iyulun 14-dən 25-dək Dimaroda hazırlıq keçəcək. Yeni baş məşqçi Rudi Qarsiya 26 futbolçunu "Napoli"nin mövsümöncəsi təlim-məşq toplanışına çağırıb.
Mirağa