"Turan" klubunun sabiq çalışdırıcısı Naci Şensoy məşqçi karyerasını bərpa edib.
Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssis yenidən Bolqarıstanda çalışacaq.
Bu haqda təcrübəli mütəxəssis özü sosial şəbəkə hesabında paylaşım edərək bildirib.
Keçmiş Yuqoslaviyada anadan olan 65 yaşlı mütəxəssis 7 illik fasilədən sonra Bolqarıstan futboluna qayıdıb. O, "Vihren" (Sandanski) komandasına baş məşqçi təyin olunub.
Şensoy məşqçilik karyerası ərzində Bolqarıstanın “Slaviya”, “Vihren”, “Belasitsa”, “Pirin, “Lokomotiv”, habelə Albaniyanın “Balis”, Serbiyanın “Borça”, Azərbaycanın “Turan” (Tovuz), Şimali Makedoniyanın “Pelister” və Makedoniya (Qorce) klublarına rəhbərlik edib. Bundan başqa, Türkiyədə ikinci liqa təmsilçisi "Manisa"nın baş məşqçisi olan təcrübəli mütəxəssisin son iş yeri Kosova "Biliş"i olub.
Mirağa