Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün Boluda növbəti yoxlama oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi hazırlıq prosesinin 5-ci günündə Rusiyanın “Orenburq” klubu ilə qarşılaşacaq.
Matç “Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Yoxlama oyunu
15 iyul
17:00. “Qəbələ” - "Orenburq" (Rusiya)
Bolu. “Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazası
Xatırladaq ki, “Qəbələ” Boluda keçirdiyi ilk matçda Moldova təmsilçisi “Sukleya”ya 4:2 hesabı ilə qalib gəlib. "Qırmızı-qaralar" Boluda daha bir yoxlama matçı keçirməyi planlaşdırır.