Almaniya millisinin əfsanəvi hücumçusu Miroslav Kloze əksər ulduz futbolçuların Səudiyyə Ərəbistanına üz tutmasını tənqid edib.
Fanat.Az xəbər verir ki, o, futbolun artıq yalnız pulun rol oynadığı bir idman növünə çevrildiyini vurğulayıb.
İtaliyanın "ITASportPress" xəbər agentliyi Klozenin dediklərini belə çatdırıb: “İndi vacib olan yeganə şey puldur. Mən isə bu idman növünü başqa cür başa təsəvvür edərək oynayırdım, onda ilk növbədə qələbələr önəmli di. Mən heç vaxt pul üçün oynamamışam. Avropada pul deyil, nəticələr önəmlidir. Bəli, Almaniyanı tərk etdim, amma italyan dilini öyrənmək, orada həyatı görmək və sonda A Seriyasını sınamaq istədim".
Qeyd edək ki, Kloze 2016-cı ildə futbolçu karyerasını bitirib. O, 2018-ci ildən "Bavariya"nın U-17 komandasının məşqçisi təyin olunub. 45 yaşlı əfsanəvi futbolçu daha sonra Münhen nəhəngində əsas komandanın baş məşqçisinin köməkçisi, bir il əvvəl isə Avstriyanın "Rayndorf Altax" klubunun baş məşqçisi təyin olunub.
Mirağa