İyulun əvvəlində "Qarabağ"dan ayrılaraq İsveç "Yurqorden"inə keçən azərbaycanlı futbolçu Musa Qurbanlının klubu yeni hücumçu transferi reallaşdırıb.
Fanat.Az klubun mətbuat xidmətinı istinadən xəbər verir ki, 21 yaşlı Noel Milleskogu ilə 3,5 illik müqavilə imzalanıb.
Sonuncu klubu "Örebro" olan Noel 2023-cü ildə 13 oyuna çıxıb və 5 qol vuraraq 1 məhsuldar ötürmə edib.
Klubun idman direktoru Bosse Andersson gənc forvardın tələm-tələsik heyətə cəlb olunmasını "Malmö" ilə derbi matçına hesablandığını bildirib. Görünür, vətənə yaxınları ilə görüşmək, həmçinin birdəfəlik səfər hazırlığı görmək üçün dönən Musanın Stokholma qayıdışı yubandığı üçün "Yurqorden" alternativ axtarmağa məcbur olub. Hər halda, bir həftədir Azərbaycanda olan Musa hələ də yeni komandasının düşərgəsinə qayıtmayıb.
Qeyd edək ki, Musa Qurbanlı iyunun 5-də "Yurqorden"lə 3 illik müqavilə imzalayıb. Onun yeni komandası "Malmö" ilə İsveç çempionatının 15-ci turu çərçivəsində iyulun 17-də qarşılaşacaq.
Mirağa