İtaliya B Seriyasında çıxış edən “Recciina”da ayrılıq yaşanıb.
Fanat.Az xəbər verir ki, fransalı hücumçu Ceremi Menes klubdan getdiyini açıqlayıb.
"Milan"ın sabiq futbolçusu sosial şəbəkə hesabında bu barədə paylaşım edib.
Onun klubla müqaviləsi başa çatıb və tərəflər anlaşmanı yeniləməyib.
Ceremi son üç ili "Reccina"da keçirib. O, sözügedən komandada 67 matça çıxaraq 13 qol vurub və 5 məhsuldar ötürmə edib. Fransalı İtaliyada "Reccina" və "Milan"dan başqa, "Roma"da da çıxış edib.
Qeyd edək ki, 36 yaşlı forvard 2010-2013-cü illərdə Fransa yığmasında 24 oyun keçirərək 2 qol vurub
Mirağa