"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Amerika turu çərçivəsində "Barselona"ya qarşı keçiriləcək oyun haqda danışıb.
Fanat.Az xəbər verir ki, ESPN italiyalı mütəxəssisin dediklərini belə təqdim edib.
“Bu görüşün harada baş tutmasının heç bir əhəmiyyəti yoxdur. "Real" və "Barselona"nın matçları heç vaxt yoldaşlıq oyunu olmur. Bu xüsusi döyüş olacaq. Bu rəqiblər arasında heç vaxt yoldaşlıq oyunları olmayacaq”.
"Real" - "Barselona" matçı iyulun 29-da Arlinqtonda keçiriləcək.
Xatırladaq ki, ötən mövsüm Kataloniya təmsilçisi İspaniya çempionu olub, Madrid klubu isə gümüş medallara sahib olub.
Mirağa