Türkiyə klubu “Antalyaspor” heyətini 2 futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisinin mətbuat xidməti polşalı Yakub Kaluzinskini ilə türkiyəli Ərdoğan Yeşilyurtun keçidini elan edib.
Polşanın “Lexiya” (Qdansk) klubundan gələn Kaluzinski ilə 3+1, “Sivasspor”dan transfer edilən Ərdoğanla isə 3 illik müqavilə imzalanıb.
29 yaşlı Ərdoğan Yeşilyurt isə 2018-ci ildən formasını geyindiyi “Sivasspor”da 168 oyunda 16 qol vurub. "Lexia"nın yetirməsi olan 20 yaşlı polşalı yarımmüdafiəçi isə bu komandada 67 oyuna 3 qol vurub. O, Polşanın U-21 yığmasına da dəvət alır.
Mirağa