“Roma”ya məxsus olan özbək hücumçu Eldor Şomurodovun karyerası ilə bağlı iki variantı var.
Fanat.Az “Sport-Ekspress”ə istinadən xəbər verir ki, hücumçunun xidmətində İtaliyanın iki klubu maraqlıdır.
Söhbət "Leççe" və "Jirona"dan gedir. "Roma" da öz növbəsində Eldoru sonradan almaq opsionu ilə icarəyə göndərməyə hazırdır. Hücumçunun "qurdlar"la müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi hesablanıb.
28 yaşlı forvard İtaliya çempionatının son mövsümündə icarə əsasında “Spetsia”da çıxış edib. Şomurodov 16 matçda iştirak edib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Mirağa