İki həftə əvvəl “Əl-İttifaq”ın başına keçən Stiven Cerrardın maaşı açıqlanıb.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu "Liverpul"un keçmiş kapitanına ildə 15,2 milyon funt-sterlinq ödəməyə razılaşıb.
Bu, Cerrardın dünyanın ən yüksək maaşlı 4 məşqçisi sırasına daxil olmasına imkan verib.
O, maaş baxımından yalnız Yurgen Klopp ("Liverpul"), Xosep Qvardiola ("Mançester Siti") və Dieqo Simeonedən ("Atletiko Madrid") geri qalır.
Mirağa