“Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Danimarka yığmasının və “Lids”in sağ cinah müdafiəçisi Rasmus Kristenseni heyətinə cəlb edib.
26 yaşlı futbolçu icarəyə götürülüb. O, qarşıdakı mövsümün sonunadək İtaliyada oynayacaq və icarə müddəti bitən kimi İngiltərə klubuna qayıdacaq.
Kristensen ötən ilin yayından çıxış etdiyi "Lids"də 30 oyuna çıxaraq 3 qol vurub. O, “Midtyulland”, “Ayaks” və “Zalsburq”da da oynayıb.
Müdafiəçi ölkəsinin yığmasında 14 oyun keçirib.
Mirağa