Yeni mövsümə və UEFA Konfrans Liqasına hazırlıqları davam etdirən "Sabah" bu gün növbəti yoxlama matçına çıxıb.
Fanat.Az xəbər verir ki, paytaxt komandası Almaniyanın "Sankt-Pauli" komandası ilə qarşılaşıb.
Murad Musayevin rəhbərlik etdiyi kollektiv meydanı məğlub tərk edib - 1:4.
Yoxlama oyunu
15 iyul
14:00 Sankt-Pauli (Almaniya) - Sabah - 4:1
İtaliya, San Martino in Passiriya
Xatırladaq ki, "Sabah" Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk sınaq matçında "Əl Sədd"i (Qətər) məğlub edib - 3:1.