“Real Madrid”in müdafiəçisi Xesus Valyexo iş yerini dəyişib.
Fanat.Az xəbər verir ki, o, “Qranada”ya keçib.
Valyexo qarşıdakı mövsümdə Əndəlüs təmsilçisində icarə əsasında çıxış edəcək. Qeyd edək ki, o, 2020/21 mövsümündə də "Qranada"da icarədə olub.
Karyerası ərzində “Saraqosa”, “Ayntraxt”, “Vulverhempton”da (hamısında icarə əsasında) da forma geyinən Valyexo İspaniya çempionatının başa çatan mövsümündə “kral klubu”nun heyətində cəmi bir oyuna çıxıb.
Mirağa