Rusiyada təşkil olunan “Match TV” turnirində iştirak edən “Neftçi” Sankt-Peterburqda sonuncu oyununu keçirib.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar" Adrian Mutunun baş məşqçi kimi debüt matçında Türkiyə təmsilçisi "Fənərbaxça" ilə qarşılaşıb.
"Smena" stadionunda baş tutan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib - 1:0. İstanbul nəhənginin yeganı qolunu 73-cü dəqiqədə ulduz oyunçu Edin Ceko vurub.
"Ağ-qaralar" ilk matçda Rusiya "Zenit"inə 1:3, daha sonra Serbiyanın "Srvena Zvezda" komandasına 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, "Neftçi" iyulun 18-də yoldaşlıq oyununda Moskva "Spartak"ı ilə görüşəcək. Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək paytaxt klubu II təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də "Bakcell Arena"da keçiriləcək.