“Vest Hem” “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayrı öz heyətində görmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı “The Telegraph” yayıb.
Mənbənin məlumatına görə, “çəkicdöyənlər” keçidi reallaşdırmaq üçün məbləği Deklan Raysı “Arsenal”a satmaqla əldə etsələr də, bu pulun çox hissəsini 30 yaşlı mərkəz müdafiəçisinə xərcləmək fikrində deyillər. "Vest Hem" Maquayrı icarəyə götürmək istəyir.
“Mançester Yunayted” isə bu variantı bəyənmir. Üstəlik, Maquayr da "Vest Hem"ə getmək istəmir. O, hətta ehtiyatda qalıb əvəzedici rolunu yerinə yetirməyı də razıdır. Müdafiəçi əmindir ki, əsas komandaya qayıda bilər.
Qeyd edək ki, Harri 2019-cu ildən "Mançester Yunayted"də çıxış edir. Bu müddətdə 119 oyunda meydana çıxan müdafiəçi 4 qola imza atıb.
Mirağa