“Sumqayıt” komandası 2023/2024 mövsümü üçün hazırlıqlarını ölkə xaricində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, iyunun 26-dan məşqlərə start verən "kimyaçılar" təlim-məşq toplanışı üçün bu gün Türkiyəyə yollanacaq.
Komanda bu gün axşam saat 21:00-da yola düşəcək.
"Sumqayıt" iyulun 27-dəK Ərzurum şəhərində hazırlıq keçəcək və bu müddətdə “Dedeman” hotelində məskunlaşacaq.
Komandanın yoxlama oyunlarında üz-üzə gələcəyi rəqiblər hələlik bəlli deyil.