"Barselona" "Jirona"nın yarımmüdafiəçisi Oriol Romeunu transfer etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Transfer 4,5 milyon avro dəyərində qiymətləndirilir.
Romeu ötən mövsüm "Jirona"da ümumilikdə 33 oyuna çıxıb və 2 qol vurub.
Oriolun "Jirona" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatır. Romeu “Barselona”nın yetirməsidir – 2010-2011-ci illərdə kataloniyalıların şərəfini qoruyub.
Mirağa