"Barselona"nın "Mançester Siti"yə böyük məbləğdə borcu var.
Fanat.Az xəbər verir ki, Kataloniya klubu 2002-ci ildə İngiltərə klubundan cəlb etdiyi Ferran Torresin transfer haqqını tam ödəməyib.
İnformasiyanı jurnalist Rocer Torello yayıb.
“Mançester Siti” futbolçusuna görə 33 milyon avrodan bir qədər çox əldə edə bilib. Halbuki, transferin məbləği 55 milyon avro təşkil edib.
Bir ildən çox vaxt keçməsinə baxmayaraq, ispan klubu hələ də sözügedən məbləğin xeyli hissəsini ödəməyib. Məsələ burasındadır ki, yubanmaya görə borc məbləği təxminən 40 milyon avroya çatır.
Torres "Barselona"nın tarixində ən bahalı 10-cu transfer olaraq qalır.
23 yaşlı ispaniyalı futbolçu “Barselona”da indiyədək 71 rəsmi oyunda meydana çıxaraq 14 qol vurub.
Mirağa