"Sevilya" ilə "İnter" 26 yaşlı mərakeşli hücumçu Yussef Ən-Nəsirinin transferi ilə bağlı danışıqlara başlayıblar.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Mənbənin məlumatına görə, İtaliya və İspaniya klublarının razılığa gələcəyi gözlənilir.
Ən-Nəsiri 2020-ci ildən qırmızı-ağ rəngli formanı geyinir və "Sevilya"nın heyətində ikiqat UEFA Avropa Liqasının qalibidir. O, başa çatan mövsümdə "Sevilya"nın heyətində bütün turnirlərdə ümumilikdə 48 oyuna çıxıb və 18 qola imza atıb. Mərakeşli hücumçu "Sevilya"ya qədər "Leqanes", "Malaqa" və "Atletiko Malagueno"da çıxış edib.
Mirağa