"Napoli"nin vingeri Xvitsa Kvaratsxeliya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, "Nyukasl" gürcü ulduza fantastik təklif irəli sürüb.
Məlumatı "Corriere dello Sport" yayıb. Xəbərə görə, "sağsağanlar" qarşı "Neapol"a ilkin variant olaraq, 95 milyon avro təklif ediblər.
Nəşr 22 yaşlı oyunçuyla bağlı son qərarı "Napoli" klubunun prezidenti Aurelio De Laurentisin deyəcəyini, hələlik onun cavab vermədiyini vurğulayıb. Cinah oyunçusunu neapollulara 4 illik müqavilə bağlayır.
Yay transferləri üçün böyük büdcə ayıran "Nyukasl"ın bundan əvvəl A Seriyasından, konkret, "Milan"dan oyunçu alıb. Bu yaxında Sandro Tonali Premyer Liqa klubuna 70 milyon avroya keçib.
Xvitsa Kvaratsxelia ötən mövsüm "Napoli"də keçirdiyi 43 matçda 14 qol vurub, 17 məhsuldar ötürmə edib. Beləliklə, gürcü futbolçu uzun fasilədən sonra İtaliya çempionluğunu qazanan neapolluların liderlərindəndir.
Mirağa