"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqın iyulun 16-da kapitan sarğısından məhrum etdiyi Harri Maquayr karyerasını digər İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Goal" yayıb.
Xəbərə görə, sözügedən oyunçunun xidmətində "Çelsi" maraqlıdır. Mənbə "zadəganlar"ın 29 yaşlı Maquayrı 35 milyon avroya transfer etməyi hədəflədiyini vurğulayıb.
Qeyd edək ki, MY Maquayrı 2019-cu ildə, 87 milyon avro qarşılığında "Lester"dən alıb. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.
Nihat