"Mançester Yunayted" rəhbərliyi komandanın hücumçusu Markus Raşfordla bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən jurnalist Devid Ornşteyn yayıb.
Xəbərə görə, tərəflər yeni müqavilə ilə bağlı prinsipial razılığa gəlib. Mənbə Raşfordun yaxın günlərdə müddəti 2028-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atacağını bildirib.
25 yaşlı Markus MY-nin öz yetirməsidir. Ötən mövsüm "qırmızı şeytanlar"ın forması ilə bütün turnirlərdə 56 matça çıxan İngiltərə millisinin üzvü 30 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat